d128cc13-a3bb-416d-afbe-84bca746c14e.jpg

Xronika: “Erməni rejissor Qarabağ xalçası ilə səhnəyə çıxıb ermənilərlə razılaşmadığını bəyan etdi”

Baxış sayı: 201 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

“Genosid” haqqında filmə qarşı çıxan Paracanova Demirçyan qadağa qoydu” adlı
süjetdə erməni əsilli kinorejissor Sergey Paracanovun Azərbaycanı, onun
mədəniyyətini sevdiyinə, Bakıda və Şəkidə çəkdiyi “Aşıq Qərib” filminə görə
şəkillərinin ermənilər tərəfindən yandırılmasından bəhs olunub.

Bildirilib ki, azərbaycanlılardan film çəkdiyinə görə söyülən, İrəvanda
şəkilləri yandırılan, ukraynalılara görə rus həbsxanasında yatan, Gürcüstanda
doğulan S.Paracanovu ermənilər təhqir edirlər: “Çünki erməni rejissor Bakıda
çəkiliş edərkən bəstəkar Cavanşir Quliyevin musiqisinə, muğam ifaçısı Alim
Qasımovun ifasına heyran qalıb, “Genosid” haqqında filmə qarşı çıxıb. O,
Qarabağ xalçası ilə səhnəyə çıxıb ermənilərlə razılaşmadığını bəyan edib. Ona
görə də Ermənistan rəhbərliyi S.Paracanova qadağa qoyub. Bunlara rəğmən erməni
rejissor deyib: “Aşıq Qərib” vəsiyyətim, filmdəki Azərbaycan musiqisi mənim
səsimdir”.

Sonda vurğulanıb ki, İrəvanda ermənilər məscidlərimizi dağıdanda, yandıranda
erməni rejissor Bakıda, Şəkidə bədii filmin çəkilişini aparır, Azərbaycanın
sənət adamları, qurumlar, sadə insanlar ona kömək edirdilər. Paracanovun sevgi
haqqında çəkdiyi uğurlu “Aşıq Qərib” bədii filmi məhz azərbaycanlıların
sevgiyə, ədəbiyyata, incəsənətə olan münasibətini göstərir. “Aşıq Qərib”in
İrəvanda Göy məsciddə olan çəkilişləri isə azğın erməni millətçilərindən gizli
aparılırdı. Təbii ki, S.Paracanov Tiflisdə, azərbaycanlı və gürcülərin bərabər
yaşadığı məhəllədə doğulub böyüməsəydi belə miqyasda rejissor və sənətkar ola
bilməzdi. Erməni xəstəliyi onu da vandala, mədəniyyət talançısına çevirəcəkdi”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması,
həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya
ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: “Erməni rejissor Qarabağ xalçası ilə səhnəyə
çıxıb ermənilərlə razılaşmadığını bəyan etdi”
Xronika: “Erməni rejissor Qarabağ xalçası ilə səhnəyə çıxıb ermənilərlə
razılaşmadığını bəyan etdi”

Source link