8d3fbf6b-8139-492b-84f9-25d498fb6228.jpg

Xronika: “Ermənilərin Qafqazda ilk abidəsi 1869-cu ildə Bakıda tikilən kilsədir”

Baxış sayı: 155 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti
buraxılışı hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, “Qərbi Azərbaycanda abidələrin tikilmə tarixi qəsdən
saxtalaşdırılıb” adlı buraxılışda Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri,
AMEA Tarix və Etnologiya İnstitutunun elmi işçisi Faiq İsmayılov Qərbi
Azərbaycanda memarlıq abidələrindən, erməni vandalizmindən, xristianlığa
qədərki və dini mahiyyət daşıyan abidələrin memarlıq xüsusiyyətlərindən,
həmçinin ermənilərin Cənubi Qafqaz ərazisində tikdiyi ilk abidədən söz açır.

Onun sözlərinə görə, ermənilər xristianlığa qədər tikilən abidələri öz
kilsələri kimi təqdim edirlər: “Qərbi Azərbaycan abidələri Azərbaycan xalqına
aid motivlərlə tikilib. Abidələrin üzərindəki elementlər ermənilərə yad olduğu
üçün, onları aradan qaldırdılar. Ermənilər Qərbi Azərbaycanda xeyli sayda
karvansara dağıdıblar. Qərbi Azərbaycanda abidələrin tikilmə tarixi qəsdən
saxtalaşdırılıb”.

O deyib ki, Meğridəki Baba Hacı abidəsi qədim Türk inancı və dini mərasimi ilə
bağlıdır: “Qərbi Azərbaycanda xristian və islam abidələri Azərbaycan memarlığı
üslubunda tikilib. 1924-cü ildə ermənilər İrəvanı yenidən tikmək adı ilə türk
izini siliblər. Alban-Türk memarlığında türklərə məxsus elementlər üstünlük
təşkil edir. Ermənilər 50 dünya əhəmiyyətli Azərbaycan abidəsini
saxtalaşdırıblar. Ermənilər mağaranı da erməni kilsəsi kimi təqdim ediblər və
abidələrin üzərində olan Azərbaycan üslubunu yox etmək üçün partlayışlar təşkil
ediblər. Ermənilər yüzlərlə xristian abidəsini dağıdıblar”.

F. İsmayılov sonda vurğulayıb ki, ermənilərin Qafqazda ilk tikdiyi abidə
1869-cu ildə inşa olunan Bakıdakı kilsədir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Xronika: “Ermənilərin Qafqazda ilk abidəsi 1869-cu ildə
Bakıda tikilən kilsədir”
Xronika: “Ermənilərin Qafqazda ilk abidəsi 1869-cu ildə Bakıda tikilən
kilsədir”

Source link