d35bdcba-a1a8-4c94-93c2-dfdbdb343912..jpg

Xronika: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdılar – VİDEO

Baxış sayı: 530 dəfə baxılıb.

Xronika: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdılar –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “Quqarkda azərbaycanlılara tutulan
divanın təşkilatçıları danışdılar” adlı veriliş efirə gedib.

Cixisyolu.com xəbər verir ki, verilişdə Ermənistan SSR hakimiyyəti və silahlı
millətçi qrupları Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı planlı
soyqırım üçün 1988-ci ildə hərəkətə keçməsindən, hər bölgədə amansız hücumlar,
qətliam və talanlar törətməsindən, eləcə də erməni jurnalist Mane Papyanın
araşdırmasında bütün bunların ermənilər tərəfindən Sumqayıtda baş verən
toqquşmalardan xeyli əvvəl planlşadırıldığından bəhs olunub.

Verilişdə Böyük Qarakilsə, ermənilərin Quqark, Hamamlı, ermənilərin Spitak
adlandırdığı rayonlarda və Kirovakan şəhərində Sumqayıt təxribatından xeyli
əvvəl mütəşəkkil şəkildə planlaşdılırılan qətliam, talan və cinayətlər
hadisələrin təşkilatçılarının dili ilə təqdim olunub.

Bildirilib ki, Böyük Qarakilsənin ovaxtkı prokuroru Qriqori Şahverdyanın şəxsi
arxivində saxlanılan sənədlərdə bütün faktlar qeyd olunub:

“Belə ki, 1988-ci ildə Quqark rayonunda təxribat aktı törədilib, mart-noyabr
aylarında 624 azərbaycanlı işdən çıxarılıb. 1989-cu il iyulun 10-a aid
“Kirovakanda millətlərarası cinayətlər” adlı sənəddə 42 cinayət hadisəsi qeyd
olunub. 1988-ci ilin mart ayından etibarən azərbaycanlıların evlərinə
basqınlar, döyülmə və quldurluq halları qeydə alınıb. Azərbaycanlılar təkcə
evdə deyil, işdə də narahat idilər. Həmkarları tərəfindən döyülmə halları, o
cümlədən səbəbsiz işdən çıxarılma, bazarda azərbaycanlı satıcıların döyülməsi
və sairə hallar olub. 1989-cu ildə Quqark rayonunun bir çox azərbaycanlıları öz
mənzillərini satmaq, zəlzələdə itirilmiş mənzillərə görə kompensasiya almaq
üçün geri qayıtdılar”.

Sonda vurğulanıb ki, erməni jurnalist şahidlərin və iştirakçı, təşkilatçıların
dili ilə Pəmbək mahalına aid indi Quqark, Spitak və Vanadzor adlanan
ərazilərdə, kənd, qəsəbələrdə törədilən amansız qırğınlar, talanların üstünü
açıb, gerçəyi üç dildə çatdırıb:

“Ermənistan hakimiyyətinin 30 ildən çox gizlətdiyi faciələrin miqyası və
sübutları təqdim olunub. Bu həm də ermənilərin uydurduqları, bircə sübutu
olmayan Sumqayıt, Gəncə və Bakı olaylarından xeyli əvvəl planlı irticanın
sübutudur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link