4eb36644-c847-4fbc-84b8-60c95a37edd4..jpg

Xudafərin-Qubadlı-Laçın yolu nə zaman hazır olacaq? – FOTO

Baxış sayı: 591 dəfə baxılıb.

Xudafərin-Qubadlı-Laçın yolu nə zaman hazır olacaq? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xudafərin-Qubadlı-Laçın yolunun artıq yarısı tamamlanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə yanvarın 26-da Qarabağ və Şərqi Zəngəzur
bölgəsində üç mühüm avtomobil yolunun: Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd,
Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ
avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə
təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai
dinləmədə məlumat verilib.

Qeyd olunub ki, yolun tikintisinə 2021-ci ildə başlanılıb və 2024-cü ilin
sonuna kimi tamamlanacaq.

İctimai dinləmədə sifarişçilər, layihə icraçıları, dövlət qurumları,
ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak
edirlər.

Source link