Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı
təhsil müəssisələrinə cari ilin aprel ayının 1-dən başlayan qəbul davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Heydər Əliyev adına Hərbi İnstituta 2024/2025-cü tədris ili üçün namizədlərin
qəbulu qaydaları:
https://mod.gov.az//images/pdf/6820fc0062066317e21e6b2507739a3a.pdf
Bakı və Gəncə şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında fəaliyyət
göstərən hərbi kolleclərə 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu
qaydaları:
https://mod.gov.az//images/pdf/90e7f8bb492b3aaba8db4f491c41d9fc.pdf
Hərbi liseylərə 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları:
https://mod.gov.az//images/pdf/d8f357bcb988da7b395094a8e0b657a0.pdf
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi feldşer işi
ixtisası üzrə 2024/2025-cü tədris ili üçün qəbul qaydaları:
https://mod.gov.az//images/pdf/7a51dfc4a8cd9fa12a2feb03840819f8.pdf
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb,
Stomatologiya, İctimai səhiyyə və Əczaçılıq ixtisasları üzrə 2024/2025-cü
tədris ili üçün qəbul qaydaları:
https://mod.gov.az//images/pdf/7acf5e1111c9007d0fd882288afde50b.pdf
Vətəndaş məmnunluğunun və əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın
13 şəhərində ümumi olaraq 17 sənəd qəbulu mərkəzi yaradılıb. Sözügedən təhsil
müəssisələrinə qəbul olmaq arzusunda olan vətəndaşlar istənilən sənəd qəbulu
mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər.
Sənəd qəbulu mərkəzlərinin ünvanları aşağıdakı kimidir:
Bakı şəhəri üzrə:
– Heydər Əliyev adına Hərbi İnstitut (Ünvan: Xətai rayonu, Polad Həşimov
küçəsi, 9);
– Cəmşid Naxçıvanski adına Hərbi Lisey (Ünvan: Xətai rayonu, Polad Həşimov
küçəsi, 1);
– Hərbi Tibb Fakültəsi (Ünvan: Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3).
Sumqayıt şəhəri üzrə:
– Sumqayıt şəhər 3 nömrəli tam orta məktəb (Ünvan: Sumqayıt şəhəri, 2-ci
mikrorayon, H.Əliyev prospekti, 345);
– Abşeron rayonu üzrə təhsil sektorunun inzibati binası (Ünvan: Xırdalan
şəhəri, M.Rəsulzadə küçəsi, 7).
Gəncə şəhəri üzrə:
– Gəncə şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəb (Ünvan: Gəncə
şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 2);
– Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb (Gəncə şəhəri,
Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, 79).
Lənkəran şəhəri üzrə:
– Lənkəran şəhər 1 saylı tam orta məktəb (Ünvan: Lənkəran şəhəri, İsgəndər
Səmədzadə küçəsi, 6).
Cəlilabad şəhəri üzrə:
– Cəlilabad rayon üzrə təhsil sektorunun inzibati binası ( Ünvan: Cəlilabad
şəhəri, Heydər Əliyev prospekti, 1).
Mingəçevir şəhəri üzrə:
– Mingəçevir şəhər, N. Ahangari adına 13 saylı tam orta məktəb (Ünvan:
Mingəçevir şəhəri, Ərəsş küçəsi, 4).
Beyləqan şəhəri üzrə:
– Beyləqan rayonu üzrə təhsil sektorunun inzibati binası ( Ünvan: Beyləqan
şəhəri, Heydər Əliyev prospekti, 12).
Bərdə şəhəri üzrə:
– Qarabağ Regional Təhsil İdarəsinin inzibati binası (Ünvan: Bərdə şəhəri,
H.Əliyev prospekti, 1).
Qazax şəhəri üzrə:
– Qazax şəhər, M.Hüseyn adına məktəb-lisey (Ünvan: Qazax şəhəri, H.Əliyev
prospekti, 150).
Quba şəhəri üzrə:
– Quba şəhər, Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü
məktəb-lisey (Ünvan: Quba şəhəri, Əliqulu Nərimanov küçəsi).
Qəbələ şəhəri üzrə:
– Qəbələ rayon üzrə təhsil sektorunun inzibati binası (Ünvan: Qəbələ şəhəri,
Heydər Əliyev prospekti, 40).
Şirvan şəhəri üzrə:
– Şirvan şəhəri üzə təhsil sektoru inzibati binası (Ünvan: Şirvan şəhəri,
İstiqlaliyyət prospekti, 10).
Naxçıvan MR üzrə:
– Heydər Əliyev adına Hərbi Lisey (Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev
prospekti, 12).
Qeyd edək ki, təhsil müddəti boyunca kursantlara aşağıdakı aylıq ödəmələr
təmin edilir:
Ali təhsil müəssisəsi üzrə:
– 150 manat məbləğində təqaüd;
– 200 manat məbləğində ailə üzvlərinə maddi yardım;
– 200 manat məbləğində hesabda yığılan ödəniş.
Hərbi kolleclər üzrə:
– 100 manat məbləğində təqaüd;
– 200 manat məbləğində ailə üzvlərinə maddi yardım;
– 150 manat məbləğində hesabda yığılan ödəniş.
Hərbi liseylər üzrə:
– 50 manat məbləğində təqaüd;
– 100 manat məbləğində ailə üzvlərinə maddi yardım;
– 100 manat məbləğində hesabda yığılan ödəniş.
Qəbul qaydaları və tədris prosesi ilə bağlı ətraflı məlumat almaq üçün,
mmu.edu.az
nömrəsinə zəng edin.