9e2f3e4f-4db2-46b6-97bd-ee367c8771e7..jpg

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – FOTO/VİDEO

Baxış sayı: 368 dəfə baxılıb.

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum
ediblər – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü ilin döyüş hazırlığı planına əsasən,
“Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda
taktiki-xüsusi təlim keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinəyetirmə
bacarıqlarının və həyatdaqalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə
keçirilən taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar müxtəlif fəaliyyətlər icra
ediblər.

Taktiki fəaliyyətlər zamanı xüsusi təyinatlılar xəritə üzərində tapşırıqları
dəqiqləşdirdikdən sonra gecə qaranlığında şərti düşmənin arxasına sızaraq
mövqelərə basqın tapşırığını icra ediblər.
Təlimdə şəxsi heyətin sıldırım qayalıqlara dırmanaraq dağdan iplərlə enməsi,
eyni zamanda, ekstremal şəraitdə yaralıların qayalıqlardan təxliyə edilməsi
məşq etdirilib.

Xüsusi təyinatlı bölmələr düşmən dərinliyində çətin relyefli şəraitdə, qarlı
və meşəlik ərazidə düşmənlə qəfil qarşılaşma, düşməndən uzaqlaşma
fəaliyyətlərini yerinə yetiriblər.

Taktiki-xüsusi təlimdə qar uçqununa məruz qalmış və qarlı ərazilərdə itmiş
şəxslərin axtarılıb tapılması, onlara ilkin tibbi yardımın göstərilməsi və
təxliyəsi həyata keçirilib.

Qarlı-şaxtalı havalarda şəxsi heyətin xizəksürmə vərdişlərinin, hərəkətli və
hərəkətsiz vəziyyətdə atəşaçma bacarıqlarının təkmilləşdirildiyi təlimdə
qarşıya qoyulmuş məqsədlərə nail olunub.


Source link