418954cd-43a7-41d9-ac67-7b3169189fd0..jpg

Xüsusi təyinatlılar xizək sürərək atəş açmaq vərdişlərini nümayiş etdirdilər – FOTO/VİDEO

Baxış sayı: 541 dəfə baxılıb.

Xüsusi təyinatlılar xizək sürərək atəş açmaq vərdişlərini nümayiş etdirdilər –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən,
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda
döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində
tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda
taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər.

Şərti düşmən müdafiəsinin yarılması, dayaq məntəqəsinin ələ keçirilməsi, ilk
tibbi yardımın göstərilməsi və “yaralı”nın döyüş meydanından təhlükəsiz şəkildə
təxliyə edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi
üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə
tədbirlərinin aparılması, şəxsi heyətin xizəksürmə, eləcə də hərəkətli və
hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə
keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla icra olunub.


Source link