XXI əsrdə bir klubda 100 qola ən tez çatan futbolçular siyahısına Kriştianu
Ronaldu və Erlinq Holand başçılıq edirlər.
Cixisyolu.com xəbər verir ki, Erlinq Holand 100 qola “Mançester Siti” klubu ilə 105
oyunda çatıb.
Erlinq Holand bu göstərici ilə Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.
Kriştianu Ronaldu “Real Madrid”dəki karyerasında belə bir nəticəyə çatmaq üçün
105 oyun keçirmişdi.
Portuqaliyalı ulduz “Yuventus” klubunda 100 qolu 131 oyunda vurmağı bacarmışdı.
Argentina millisinin ulduz futbolçusu Lionel Messi isə “Barselona” ilə ilk 100
qolunu vurmaq üçün 188 oyun keçirdiyi üçün siyahıya düşə bilməyib.