Amerikanın “Rolling Stone” jurnalı XXI əsrin ən yaxşı 50 komediya filmlərinin siyahısını tərtib edib.
ÇıxışYolu.Com xəbər verir ki, ilk sırada “Şou qalibləri” (Best in Show) filmi yer alıb. Daha sonra “İlmədə” (In the Loop) və “Veqasda subaylıq” (Bridesmaids) filmləri sıralanıb.
İlk onluğa “Azad qardaşlar”, “Ayağı yerdən kəsən məhəbbət”, “Şon adlı zombi”, “Qırx yaşlı bakir” və “Kadrarxası həyat” filmləri düşüb.
2017-ci ildə də “Collider” kino tənqidçiləri portalı da siyahı tərtib etmişdi.