3fdb22b3-fb0c-4956-8391-59a960df97ae..jpg

Yəhudi icmasının sədri: “Beynəlxalq ictimaiyyət azərbaycanlı ekofəalları dəstəkləməlidir” – FOTO

Baxış sayı: 791 dəfə baxılıb.

Yəhudi icmasının sədri: “Beynəlxalq ictimaiyyət azərbaycanlı ekofəalları
dəstəkləməlidir” – FOTO

“Beynəlxalq ictimaiyyət ekoloji terrorizmə son qoyulmasını və Azərbaycanın
Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarının
dayandırılmasını tələb edən azərbaycanlı ekofəalları dəstəkləməlidir”.

Bunu Bakı Gürcü Yəhudiləri Dini İcmasının sədri, Bakı Yəhudi Məktəbinin
direktoru, ravvin Zamir İsayev “Foreign Policy Association”a müsahibəsində
deyib.

Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, azərbaycanlı ekofəalların
aksiyası 40 gündən çoxdur davam edir və onların yataqların monitorinqinə icazə
verilməsi ilə bağlı tələbi tamamilə haqlıdır:

“Belə ki, yataqlar istismar edilir, Azərbaycan təbiətinə ziyan vurulur. Bu,
bütün dünyaya təsir edir”.

Ravvin vurğulayıb ki, havaların soyuq keçməsinə baxmayaraq, Xankəndi-Laçın
yolunda dinc aksiya davam edir:

“Ermənilərin bu ərazinin blokadaya alınması ilə bağlı fikirləri yalandır.
Orada olmuşam, humanitar karvanlar erməni mülki əhalisinin təminatını həyata
keçirir”.

Z.İsayev əlavə edib ki, yəhudi icması azərbaycanlı ekofəalları və onların öz
torpaqlarını qorumaq hüquqlarını dəstəkləyir.

Xatırladaq ki, 2023-cü il yanvarın 18-də Azərbaycan “Avropanın canlı
təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun
olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. Bu
tarixi arbitraj işi, təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf
mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə
cəlb etmək məqsədi daşıyır.

Source link