Yəməndə xüsusi təyinatlı dəstənin keçirdiyi əməliyyat nəticəsində İŞİD terrorçu qruplaşmasının başçılarından biri zərərsizləşdirilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” yerli güc strukturundan olan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyatda öldürülən başçı, İŞİD-in “Ədən-Əbyan vilayətinin əmiri” Saleh Nasir Əl Bəxşi olub.
Ədən şəhərinin şimal-şərqində yerləşən binaya reyd zamanı o, təslim olmaqdan imtina edib və güllələnib. Binadan olan daha üç terrorçu həbs olunub.
Silahlı toqquşmada bir hərbçinin həlak olduğu, iki nəfərin yaralandığı bildirilir.