Yəməndə Qəzzaya döyüşçülərin göndərilməsi üçün səfərbərlik elan olundu:
Husilər döyüşlərə qatılacaq – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yəmənin şimalında Qəzza zolağına döyüşçülərin göndərilməsi üçün ümumi
səfərbərlik elan olunub.
Bu barədə “Ənsar-Allah” hərəkatının siyasi bürosundan məlumat verilib.
Bildirilib ki, Yəmən husiləri Qəzza qarşıdurmasında iştiraka hazırlaşmaq üçün
təlim düşərgələri açıblar.
Husi rəhbərliyinin hesablamalarına görə, on minlərlə gənc artıq könüllü olaraq
gəlib və hərbi bacarıqları öyrənməyə başlayıb.
Qeyd edək ki, daha əvvəl “Bloomberg” nəşri ABŞ-nin husilərin mövqelərinə
zərbələr endirə biləcəyi barədə yazıb. Pentaqon isə rəsmi olaraq “Rifah
keşikçisi” əməliyyatına başladığını elan edib. Əməliyyatın məqsədi Qırmızı
dənizdə gəmilərin təhlükəsizliyinin təmin edilməsidir.
Mənbə: “RİA Novosti” “Telegram”