Yəməndə toya raket düşdü: Ölən və yaralılar var

Yəməndə toya raket düşdü: Ölən və yaralılar var

Baxış sayı: 3. 100 dəfə baxılıb.

Yəmənin şimalında hava zərbəsinin toy mərasiminin keçirildiyi binaya tuş gəlməsi nəticəsində azı 20 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.

ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, qurbanlardan biri gəlin olub.

Hava hücumu bazar günü gecə saatlarında Bəni Qais rayonunda qeydə alınıb.

Husi üsyançıları qanlı hava zərbəsinə görə, Yəmən hökumətini dəstəkləyən Ərəb koalisiya qüvvələrini günahlandırır.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın sözçüsü, hava zərbəsi nəticəsində dinc sakinlərin həlak olması haqqında xəbərlərin hərtərəfli şəkildə araşdırlacağını vədd edib.

.
www.ÇıxışYolu.Com