Yəmənin Ali siyasi şurasının rəhbəri və husi üsyançılarının hərbi qanadının lideri Saleh əs-Səmədin həyatına son qoyan aviazərbənin görüntüsü yayılıb.
ÇıxışYolu.Com xəbər verir ki, Səudiyyə Ərəbistanı hava qüvvələrinin aviazərbəsinin kadrları “YouTube” portalında yayılıb.
“Sky News Arabia” raket zərbəsinin yerdəki fəsadlarını nümayiş etdirib. Kadrlarda iki raketin endirildiyini görmək olur. Birincisi avtomobilə tuş gəlib, ikinci isə başqa avtomobilə və yaxınlıqda toplanan insanlara hədəflənib.
Hodeydə liman şəhərinə edilmiş avireyd barədə xəbər aprelin 23-də yayılsa da, hava hücumunun daha əvvəl həyata keçirildiyi bildirilir.