deec4c73-d012-4d97-8a19-e85160d14cd0..jpg

Yağıntılı hava şəraiti Biləsuvarda pambıq yığımına problemlər yaradıb – FOTO

Baxış sayı: 520 dəfə baxılıb.

Yağıntılı hava şəraiti Biləsuvarda pambıq yığımına problemlər yaradıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yağıntılı hava şəraiti Biləsuvar rayonunda pambıq yığımına problemlər yaradıb.

Bu barədə ”Report”un yerli bürosuna rayon fermerləri məlumat veriblər.

Onların sözlərinə görə, intensiv yağışlar səbəbindən məhsulun yetişməsi
gecikib. Həmçinin, daban qozalarının çürüməsi məhsuldarlıqda beş sentner azalma
deməkdir.

“Əlverişsiz hava şəraitinin yığım ərəfəsində də müşahidə olunması yığıma hazır
olan pambıq məhsulu üçün problemlər yaradır. Belə ki, məhsul yerə tökülür, bu
isə itkiyə və onun keyfiyyətinə mənfi təsir göstərir. Əlverişsiz havaya
baxmayaraq, məhsulu sahədən toplamağa çalışırıq”, – fermerlər bildirib.

Qeyd edək ki, bu il Biləsuvar rayonunda ümumilikdə 6 745,8 hektar sahədə
pambıq əkilib. Hazırda pambıq yığımı davam edir.

Source link