275d1d10-fc5b-48c9-b85e-f0239aa92121..jpg

Yağıntılı hava şəraiti davam edir: Bəzi rayonlara dolu düşüb – FAKTİKİ HAVA + YENİLƏNİB

Baxış sayı: 601 dəfə baxılıb.

Yağıntılı hava şəraiti davam edir: Bəzi rayonlara dolu düşüb – FAKTİKİ HAVA +
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 12-si saat 19:00-a olan məlumata əsasən, Balakən, Daşkəsən, Gədəbəy,
Gəncə, Tovuz, Göygöl, Qusar, Lənkəranda şimşək çaxıb, arabir yağış yağıb.
Arabir güclənən şimal-qərb küləyi əsib.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, şimal-qərb küləyi arabir
Bakıda və Abşeron yarımadasında 21 m/s, Naftalan, Göyçayda 20 m/s, Goranboyda
19 m/s, Lerikdə 17 m/s-dək güclənib.

Saat 16:30-da Tovuz rayonunun Əlibəyli, Hacalı, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü,
Qazqulu, Hunanlar kəndlərinə diametri 8-10 mm, saat 17:55-18:00-da Şahdağa 5
mm, Göygöl rayonuna isə saat 18:34-18:47-də 1.9 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 25,
Aran rayonlarında 29, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti olub.

11:12

Mayın 12-si saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda arabir yağış
yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Arabir güclənən
şimal-qərb küləyi əsib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntının miqdarı Zaqatalada 9 millimetr, Tovuz, Balakəndə 6
millimetr, Şəmkirdə 5 millimetr, Şahbuzda 4 millimetr, Qax, Gəncə, Şəki,
Ceyrançöl, Sədərək, Gədəbəy, Naxçıvan, Şahdağ, Göygöl, İsmayıllı, Tərtər,
Kürdəmir, Yevlax, Ağdam, Culfa, Ordubad, Şərurda 3 millimetrədək olub.

Mayın 11-i Daşkəsən rayonuna saat 14:45-14:47-də daimetri 8 millimetr,
Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar ərazisinə saat 15:00-15:18-də 17
millimetr, Gədəbəy rayonuna isə saat 14:10-14:18-də 9 millimetr olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 metr/saniyə,
Mingəçevirdə 25 metr/saniyə, Tərtər, Goranboyda 23 metr/saniyə, Naftalanda 22
metr/saniyə, Şahdağ, Şəkidə 20 metr/saniyə, Gəncədə 18 metr/saniyəyədək
güclənib.

Göygöl, Şamaxı, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Yevlax, Göyçayda duman
müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, Naxçıvan
MR-da 20-26, Aran rayonlarında 22-27, dağlıq rayonlarda isə 15-19 dərəcə isti
olub.

Source link