1ad2574b-acc1-4514-ad8b-769963588186.jpg

Yağış Bakıda problem yaratdı: 23 istiqamətdə tıxac var

Baxış sayı: 187 dəfə baxılıb.

“Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolda avtomobil sıxlığı
müşahidə olunur”.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Vurğulanıb ki, havanın yağışlı keçməsi səbəbindən sürücülər ehtiyatlı
davranaraq təbii olaraq sürət həddini azaldırlar. Bu da sıxlıq olan küçə və
prospektlərin sayının artmasına səbəb olub.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi ilə
birgə yaranan sıxlığın aradan qaldırılması istiqamətində işlər görürlər.

Hazırda yollardakı vəziyyət:

1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə
kəsişməyə qədər;

6. Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər
Əliyev prospekti istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev
küçəsi istiqamətində;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. Xətai prospekti, “Şərq bazarı” istiqamətində;

10. Zərifə Əliyeva küçəsində;

11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk
prospekti ilə kəsişməyə qədər;

12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd
Rəcəbli küçəsi istiqamətində;

13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

15. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;

16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı
istiqamətində;

17. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi
qəsəbəsi istiqamətində;

18. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank
istiqamətində;

19. “3-cü mikrorayon” dairəsində;

20. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

21. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında;

22. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

23. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi
ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Source link