8bfd3953-beae-4735-9d8d-c80d38dc053c.jpg

Yamal “Arsenal” və “Liverpul”un diqqət mərkəzində

Baxış sayı: 48 dəfə baxılıb.

“Arsenal” və “Liverpul” “Barselona”nın 17 yaşlı vingeri Lamin Yamalla
maraqlanır.

Cixisyolu.com xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Qeyd olunur ki, Kataloniya klubu maliyyə problemləri səbəbindən ən bahalı
aktivlərinin bir qismini satmaq məcburiyyətində qala bilər. “Barselona”nın
yarımmüdafiəçiləri Qavi və Pedrini də sata biləcəyi ehtimal olunur.

Xatırladaq ki, bu mövsüm L.Yamal bütün turnirlərdə 13 matçda iştirak edib və
beş qol vurub. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi
nəzərdə tutulub. “Transfermarkt” portalının verdiyi məlumata görə, futbolçunun
bazar dəyəri 150 milyon avrodur.

Source link