8d216550-4f66-4805-bef0-9ec2fb5e6223..jpg

Yanacaq qatqılarının avtomobilə təsiri varmı? – VİDEO

Baxış sayı: 679 dəfə baxılıb.

Yanacaq qatqılarının avtomobilə təsiri varmı? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oktan ədədini artırır, avtomobilin mühərrikinin iş prinsipini daha da
yaxşılaşdırır”.

Xezerxeber.az-ın məlumatına görə, bu kimi sözlərlə demək olar ki, istənilən
sürücü ən çox da yanacaqdoldurma məntəqələrində rastlaşır.

Sürücülərə yaxınlaşan yanacaqdoldurma məntəqələrinin işçiləri müxtəlif
qiymətlərə olan yanacaq qatqılarını təklif edirlər. Bəs belə qatqıların
yanacağın keyfiyyətinə təsiri varmı?

Avtomobil ustası Sahil Ağabəyli deyir ki, bəzi sürücülər istehsalçı zavodun
tələbinə uyğun yanacaqdan istifadə etmirlər. Onun sözlərinə görə, “Avro-4” və
“Avro-5” standartlı avtomobillərdə “Aİ-95” yanacağından istifadə edilməlidir.
Bəs “Aİ-92” yanacağından istifadə edən sürücülər oktan ədədini artırmaq üçün
qatqıdan istifadə edə bilərlərmi?

Avtomobil ustası hesab edir ki, bu cür qatqılar hətta dizel mühərrikli
avtomobillər üçün də xeyirlidir.

Ustanın sözlərinə görə, qatqıdan istifadə edilən avtomobilin yanacaq sistemi,
şamları, qapayıcı və çiləyiciləri də uzunömürlü ola bilər.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:


Source link