“Yandex” şirkəti “Yandex.Fotki” pulsuz hostinq xidmətinə xitam verildiyini elan edib.
ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat yayılıb.
Məlumata görə, xidmətin bütün kontenti aprelin 27-dən etibarən “Yandex.Disk”ə köçürüləcək.
“İnsanlar getdikcə bu xidmətdən az-az istifadə edir. Son yarım il ərzində Yandeks hesabı olanların cəmi 5 faizi, bu xidmətə daxil olub. Hazırda “Fotki” ilə müqayisədə “Disk”ə bundan yüz dəfə çox fotoşəkil atırlar. Ona görə bütün fotoarxivi “buluda” köçürməyə qərar verdik”deyə şirkət öz qərarını əsaslandırıb.
Fotoşəkillər, onlara gələn şərhlər “Yandex.Disk” bölməsində xüsusi qovluqda saxlanılacaq.
Qeyd edək ki, “Yandex.Fotki” 2007-ci ildə istifadəyə verilmişdi.