“Yanğın işi”ndə zərərçəkənləri məhkəməyə polis gətirəcək

“Yanğın işi”ndə zərərçəkənləri məhkəməyə polis gətirəcək

Baxış sayı: 3. 879 dəfə baxılıb.

“Yanğın işi”ndə zərərçəkənləri məhkəməyə polis gətirəcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, əməyin mühafizəsi mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib. 

ÇıxışYolu.Com-ın məlumatına görə, prosesə sədrlik edən hakim Azər Paşayev bildirib ki, zərərçəkənlər və şahidlər dəfələrlə məhkəməyə çağırılsalar da, gəlmirlər. 

Buna görə onların barəsində məcburi gətirilmə qərarı çıxarılıb. 

Proses yanvarın 4-dək təxirə salınıb. 

Etibar Məmmədov

www.ÇıxışYolu.Com