aa6c892f-15bd-43b7-8405-56bb51b1a974..jpg

Yanğında xəsarət alan iki yaşlı Zeynəbin sizin köməyinizə ehtiyacı var – FOTO

Baxış sayı: 419 dəfə baxılıb.

Yanğında xəsarət alan iki yaşlı Zeynəbin sizin köməyinizə ehtiyacı var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki yaşlı Zeynəbin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Cixisyolu.com-a onun anası Günel Hüseynova məlumat verib.

O bildirib ki, övladı evlərində baş verən qısa qapanma zamanı çıxan yanğında
yanıb.

“Zeynəb noyabr ayının 24-də evimizdə baş verən qısa qapanmadan yaranan
yanğında ciddi yanıq xəsarətləri alıb. Bədəninin əksər hissəsi, özəlliklə də
üzü, başı çox yanıb. Yanğın olan gün biz Zeynəbi Bakıda yerləşən
xəstəxanalardan birinə gətirdik”.

Günel Hüseynova övladının müalicəsi üçün 2 000 manata ehtiyacları olduğunu
bildirib.

“Zeynəbin müalicəsi üçün əlimdə olan hər şeyi satmışam. Hazırda müalicəni
davam etdirə bilmirik. Yaraları suluq edir, sarğılarını dəyişməyə bint,
yaralarına vurmağa maz ala bilmirəm. Övladım özünə qapanıb, həyatdan küsüb.
Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (099) 853-59-58. Yardım üçün kart nömrəsi: 4169 7388 1732 5214

Source link