Yanğından zərər çəkən 23 ailəyə kirayə pulu veriləcək

Yanğından zərər çəkən 23 ailəyə kirayə pulu veriləcək

Baxış sayı: 3. 855 dəfə baxılıb.

Yanğından zərər çəkən 23 ailəyə kirayə pulu veriləcək

Bakının Nizami rayonu, Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğından sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi  tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Bu barədə Komitənin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, yanğın binanın üçüncü mərtəbəsindəki dəhlizdə baş verib. Yanğının söndürülməsi zamanı sudan ziyan dəymiş 23 mənzildə yaşayan məcburi köçkünə dövlət tərəfindən kirayə pulu veriləcək:

“Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyyə olunub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq”.