Yanvar ayının pensiya ödənişi yekunlaşdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət
Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının müavinət, təqaüd və ünvanlı
dövlət sosial yardımlarının ödənişi başa çatdırılıb.
Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, bundan əvvəl – yanvarın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron
rayonu, yanvarın 16-da bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan
şəxslərin yanvar ayının pensiyaları ödənilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial
yardımları ödənilib.