YAP rəsmisi: Bizə yox, özlərinə demokratiya dərsi keçsinlər

YAP rəsmisi: Bizə yox, özlərinə demokratiya dərsi keçsinlər

Baxış sayı: 7. 416 dəfə baxılıb.

Azərbaycan xalqı 100 il öncə demokratiya yoluna qədəm qoyub, bu il nəinki Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də,Azərbaycan demokratiyasının 100 yaşı tamam olur.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu vitse-premyer, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV qurultayında çıxış edərkən dilə gətirib.

O qeyd edib ki, Azərbaycan xalqı 100 ildir ki, demokratik prinsiplərlə yaşayır, demokratik prinsiplərə riayət edir və bu prinsiplər əsasında fəaliyyət göstərir:

“2018-ci il Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda “Cümhuriyyət İli” elan olunub. Çünki  bu ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC), Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 100 ili tamam olur.

Hər zaman Xalq Cümhuriyyəti sözününün qarşısına “Demokratik” sözünü əlavə edirəm və bu gün deyirəm ki, bu, əslində, Demokratik Xalq Cümhuriyyətidir.

Bu, onu göstərir ki, Azərbaycan xalqı 100 il öncə demokratiya yoluna qədəm qoyub, 100 ildir ki, demokratik prinsiplərlə yaşayır, fəaliyyət göstərir və bu prinsiplərə də dönmədən riayət edir.

Ancaq bu gün özlərini dünyanın ən güclü, ən qabaqcıl ölkələri adlandıranlar var ki, onlarda demokratiyanın yaşı bizdən xeyli azdır. Biz onlardan xeyli əvvəl demokratiya yoluna qədəm qoymuşuq və bu yolla irəliləyirik.

Təəssüf ki, indi həmin ölkələr bizə demokratiyadan, insan hüquqlarından dərs verməyə cəhd göstərirlər. Getsinlər, özlərinə dərs keçsinlər. Onların dərsi bizə lazım deyil. Elə əsl demokratiya da bizdədir, insanlara əsl xidmət, insan hüquqlarına əsl hörmət də Azərbaycandadır.

Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti insanlara xidmət edir, insan hüquq və azadlıqlarının təmin edilməsi üçün hər cür addımlar atır. Bu xalqa xidmət siyasətinin yaradıcısı, banisi ümummilli liderimiz Heydər Əliyev olub.

Bu gün həmin siyasət ölkə prezidenti İlham Əliyev və onun ən yaxın silahdaşı, birinci vitse-prezident Mehriban Əlityeva tərəfindən uğurla, layiqincə davam etdirilir. Bunlar dünyanın gözü qarşısında baş verir. Yəni, hər məsələ çox şəffaf və çox demokratik şəkildə öz həllini tapır”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com