Yapon turist müğənninin qarşısında harakiri etməyə çalışdı

Yapon turist müğənninin qarşısında harakiri etməyə çalışdı

Baxış sayı: 2. 147 dəfə baxılıb.

Tayvanda yapon turist pop-ulduz Doranın qarşısında həyatına qəsd etməyə çalışıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “SoraNews24” məlumat yayıb.

48 yaşlı yapon  Taypeyə məhz  müğənni Doranın vida konsertinə tamaşa etmək məqsədilə gəlib.

Sonuncu bu yaxınlarda musiqi karyerasını dayandıracağını, səhifələrdə və sosial şəbəkələrdə artıq fəaliyyəti ilə bağlı məlumatlar paylaşmayacağını elan etmişdi.

Konsertdən sonra yapon turist onunla söhbət edib, sonradan isə gözlənilmədən qədim samuray ənənəsinə uyğun harakiri etməyə cəhd edib.

Yaxınlıqda olanlar onun işini “sona çatdırmasına” əngəl olub və müğənni hadisə yerinə polis çağırıb.  İnsidentdən sonra yapon xəstəxanaya çatdırılıb. Kəsik yaraları dərin olmadığından sağ qalıb.

Polisə verdiyi ifadədə , Doranın səhnədən getməsi xəbərinin onda depressiyaya səbəb olduğunu və ağlına intihar fikirləri gəldiyini bildirib.

.
www.ÇıxışYolu.Com