Yaponiya ABŞ-a görə 19 milyon təzminat ödəyəcək

Baxış sayı: 3. 847 dəfə baxılıb.

Yaponiya ABŞ-a görə 19 milyon təzminat ödəyəcək

Yaponiyanın Fukuoka Ali Məhkəməsi Yaponiya hökumətinin Okinava hərbi bazasına görə təzminat ödəməsi ilə bağlı qərar çıxarıb. 

“Xinhua” agentliyinin məlumatına görə, qərara əsasən, hökumət Okinava adasında yaşayan insanlara 19 milyon dollar təzminat ödəməli olacaq. 

Təzminatdan 3400 nəfər yararlanacaq. 

Məhkəmənin qərarına səbəb ABŞ-ın istifadəsində olan hərbi bazadan gələn gurultulu səsin həmin ada sakinlərini narahat etməsi olub. 

Xatırladaq ki, 2016-cı ildə Naha bölgə məhkəməsi bu səbəbdən Yaponiya hökumətinin 22 milyon dollar təzminat ödəməsi ilə bağlı qərar çıxarmışdı.