Yaponiya ABŞ hərbi sınaqları üçün yeni ada alır

Baxış sayı: 2. 035 dəfə baxılıb.

Yaponiya ABŞ hərbi sınaqları üçün yeni ada alır

Yaponiya ada satın almaq və onu hərbi sınaqlar üçün ABŞ-a təqdim etmək niyyətindədir.

“The Straits Times” nəşri xəbər verir ki, söhbət Kyusyu adasından 30 kilometr cənubdakı Maqesima adasından gedir.

Məlumata görə, hələ noyabrın 29-da Müdafiə Nazirliyi və adanın sahibləri arasında danışıqlar zamanı adanın alınması ilə bağlı razılıq əldə olunub. Müqavilə Yaponiyaya 146 milyon dollara başa gələcək.

Yapon hökuməti tezliklə adada poliqonların tikintisinə başlanılacağı açıqlayıb.