309b18ed-85df-4161-86f7-609645c10818..jpg

Yaponiya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya imzalanıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 955 dəfə baxılıb.

Yaponiya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya
imzalanıb – YENİLƏNİB + FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfiri Vada
Cüniçi ilə görüşüb.

Cixisyolu.com xəbər verir ki, nazir ölkəmizin Yaponiya ilə əlaqələrə önəm verdiyini,
iqtisadi tərəfdaşlığın genişləndiyini qeyd edib, sənaye, enerji, o cümlədən
bərpa olunan enerji, yeni texnologiyaların tətbiqi və s. sahələrdə əməkdaşlığın
inkişafı üçün mövcud olan imkanları diqqətə çatdırıb.

Yaponiya xarici işlər nazirinin parlamentar müavini Yoşikava Yuumi
videomüraciətində ölkələrimiz arasında əlaqələrdən danışıb, imzalanan
Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə
münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın
qarşısının alınması haqqında Konvensiyanın iqtisadi-ticarət əməkdaşlığının
genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Səfir Vada Cüniçi 2022-ci ilin Azərbaycanla Yaponiya arasında diplomatik
əlaqələrin qurulmasının 30-cu ildönümü olduğunu qeyd edib, Azərbaycanla
iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb.

Tərəflər iqtisadi tərəfdaşlığın genişləndirilməsi yolları, xüsusilə ticarətin
və investisiya qoyuluşlarının həcminin artırılması müqavilə-hüquq bazasının
möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, işğaldan azad olunmuş
ərazilərdə icra edilə biləcək potensial layihələri, eləcə də qarşılıqlı maraq
doğuran digər məsələləri müzakirə ediblər. Tədbirdə Azərbaycan Respublikası ilə
Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın
aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında
Konvensiya imzalanıb. Sənədi Azərbaycan tərəfdən İqtisadiyyat naziri Mikayıl
Cabbarov, Yaponiya tərəfdən isə səfir Vada Cüniçi imzalayıblar.

14:58

Azərbaycan və Yaponiya arasında Konvensiya imzalanıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Facebook” hesabında
paylaşım edib.

O bildirib ki, Azərbaycan ilə Yaponiya arasında gəlirlərə görə vergilərə
münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın
qarşısının alınması haqqında konvensiyanın imzalanması ikitərəfli
iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcək.


Source link