2a8b1126-5c20-40e9-bf74-3ae81fa32aab..jpg

Yaponiya nəşri: Qarabağdakı erməni qüvvələri tam şəkildə tərk-silah olmağa razılıq veriblər – FOTO

Baxış sayı: 504 dəfə baxılıb.

Yaponiya nəşri: Qarabağdakı erməni qüvvələri tam şəkildə tərk-silah olmağa
razılıq veriblər – FOTO

Qarabağdakı etnik erməni qüvvələri tam şəkildə tərk-silah olmağa razılıq
veriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın yeganə ictimai media qurumu olan
NHK-nın (Japan Broadcasting Corporation) saytı yazıb.

Çərşənbə axşamı Azərbaycan Silahlı Qüvvələri Qarabağda antiterror tədbirlərinə
başlayıb. Çərşənbə günü etnik ermənilər atəşkəs şərtlərini qəbul etdiklərini
elan ediblər.

Nəşr yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa ünvanladığı müraciətdə
artıq sözügedən bölgədə suverenliyin bərpa edildiyini bəyan edib və hərbçilərin
bu cür əhəmiyyətli nailiyyətlərini yüksək qiymətləndirib.

2020-ci ildə Azərbaycanla Ermənistan arasında Qarabağ uğrundakı hərbi toqquşma
Rusiyanın vasitəçiliyi ilə atəşkəsin elan edilməsi ilə nəticələnmişdi.

Nəşrin məlumatına əsasən, etnik erməni qüvvələrinin faktiki məğlubiyyəti
Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə çıxışların qızışmasına
gətirib çıxarıb.

Source link