Yaponiya baş naziri Sindzo Abe ölkəsi ilə Rusiya arasındakı ərazi mübahisəsinin həll ediləcəyinə və sülh müqaviləsinin bağlanması prosesinin sürətlənəcəyinə ümidvar olduğunu bəyan edib.
ÇıxışYolu.Com Kyodo agentliyinə istinadən xəbər verir ki, Abe tərəflərin ərazi problemini qarşılıqlı etimad əsasında həll edə biləcəyini bildirib.
“Prezident Putinlə birgə 70 il davam edən problemə son qoyacağıq. Bu problemi gələcək nəsillərə saxlamayacağıq”, – deyə o vurğulayıb.