8b90a799-28c6-4c09-8a1d-e6f5b8aa20af..jpg

Yaponiya Rusiya qarşı sanksiya siyahısını genişləndirdi

Baxış sayı: 1. 067 dəfə baxılıb.

Yaponiya Rusiya qarşı sanksiya siyahısını genişləndirdi

Yaponiya Rusiyadan olan 22 fiziki şəxs və 3 təşkilatın aktivlərini
dondurduğunu açıqlayıb.

Sanksiya siyahısına ədliyyə naziri Konstantin Çuyçenko, baş nazirin birinci
müavini Andrey Belousov, Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova,
uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova daxil edilib.

Fevralın 3-dən Yaponiya Rusiyaya vaksinlərin və tibbi cihazların, o cümlədən
robotların, radioaktiv materialların, nüvə obyektləri üçün avadanlıqların
ixracına qadağa qoyacaq.

Yaponiya Xarici İşlər Nazirliyinin saytında qeyd edilir ki, “İrkut”
korporasiyası, Moskva “Avanqard” maşınqayırma zavodu və “KamAZ” sanksiyalarla
üzləşib.

Fiziki şəxslərin siyahısına yuxarıda göstərilənlərdən əlavə baş nazirin
müavini Dmitri Çernışenko, müdafiə nazirinin müavini Mixail Mizintsev,
“KamAZ”ın baş direktoru Sergey Koqonin də daxil edilib.

Mənbə: RBC-UKRAİNA

Source link