a297dce6-cec7-4783-9e8d-72bcc7c4d12a..jpg

Yaponiya Türkiyə parlamentinin qərarını dəstəkləyib

Baxış sayı: 575 dəfə baxılıb.

Yaponiya Türkiyə parlamentinin qərarını dəstəkləyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaponiya hökuməti beynəlxalq təhlükəsizlik sahəsində yaranmış çətin vəziyyəti
nəzərə alaraq, Türkiyə parlamentinin İsveçin NATO-ya daxil olması ilə bağlı
protokolun ratifikasiyası barədə qərarını dəstəkləyir”.

Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi deyib.

O, bildirib ki, Tokio İsveçin NATO-ya üzv olmaq üçün müraciət etmək qərarını
dəstəkləyir və üzvlük prosesini başa çatdırmaq üçün göstərilən səylərə hörmət
edir.

“Yaponiya hökuməti hesab edir ki, beynəlxalq təhlükəsizlik mühiti getdikcə
pisləşdiyi üçün, həmfikir ölkələr arasında əməkdaşlıq daha da vacib olur” –
deyə nazir Türkiyə parlamentində səsvermənin nəticələrinə münasibət bildirərkən
vurğulayıb.

Hayasinin sözlərinə görə, İsveçin alyansa qoşulması beynəlxalq hüququn
aliliyinin təmin edilməsinə, həmçinin azad və açıq Hind-Sakit okean regionu
konsepsiyasının təmin olunmasına töhfə verəcək.

Xatırladaq ki, yanvarın 23-də Türkiyə Parlamenti
(TBMM) İsveçin alyansa qoşulması ilə bağlı protokolun ratifikasiyası haqqında
qanun layihəsini təsdiqləyib. Hazırda parlamenti hələ də İsveçin müraciətini
ratifikasiya etməyən yeganə NATO ölkəsi Macarıstandır.

Mənbə: TASS

Source link