Futbol üzrə dünya çempionatının sonuncu – H qrupunda II tura start verilib.
ÇıxışYolu.Com xəbər verir ki, ilk turda gözlənilmədən qalib gələn Seneqal və Yaponiya milliləri üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib. Seneqal iki dəfə hesabda önə keçsə də, yaponlar hesabı bərabərləşdirib – 2:2.
Qolları Seneqaldan Sadio Mane və Mussa Vaqe, Yaponiyadan Takashi İnui ilə Keysuke Honda vurub. Bu nəticə ilə hər iki komandanın dörd xalı olub.
Qeyd edək ki, qrupun digər görüşündə bu gün Kolumbiya ilə Polşa qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com