54bb3882-3fa7-497d-a37c-e1d8dc85ecbd..jpg

Yaponiyada 50 il axtarışda olan terrorçu ölüm ayağında özünü ələ verdi

Baxış sayı: 675 dəfə baxılıb.

Yaponiyada 50 il axtarışda olan terrorçu ölüm ayağında özünü ələ verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın Kanaqava prefekturasında terror aktlarında iştirak etdiyinə görə
50 il axtarışda olan cinayətkar Satosi Kirisimo mədə xərçəngindən vəfat edib.

Məlumata görə, Kirisima radikal solçu Şərqi Asiya Silahlı Anti-Yapon Cəbhəsi
təşkilatı tərəfindən həyata keçirilən silsilə terror aktlarında iştirak
etdiyinə görə 50 il ərzində polis tərəfindən axtarışda olub. O, 1975-ci ilin
aprelində Tokionun mərkəzindəki Koreya Sənaye və İqtisadiyyat İnstitutunun
binasına bomba yerləşdirməkdə və partlatmaqda şübhəli bilinirdi.

Xəstəxanaya yerləşdirilərkən mədə xərçənginin son mərhələsi diaqnozu qoyulan
kişi əsl adının Satosi Kirisima olduğunu bildirib və ölərkən əsl adı ilə ölmək
arzusunda olduğunu deyib. Sübut kimi həmin şəxs Koreya Sənaye və İqtisadiyyat
İnstitutunda partlayışın hazırlanmasının təfərrüatını danışıb. Bu barədə polisə
məlumat verilib.

Polis DNT testi üçün ondan nümunə götürüb. Yanvarın 29-da səhər xəstəxana
rəsmiləri Kirisimanın ölümünü elan ediblər.

Mənbə: Regnum.ru

Source link