Yaponiyada 6,9 bal gücündə zəlzələ – ANBAAN VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yaponiyanın Oqasavara adalarının qərbində, Honsyu adasının sahillərindən 700
km-dən çox məsafədə, Sakit Okeanda 6,9 bal gücündə zəlzələ baş verib.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi
məlumat yayıb.
Bildirilib ki, mənbə 540 km dərinlikdə yerləşir.
Yeraltı təkanlar Oqasavara adalarında hiss olunub, həmçinin Tokioda da kiçik
təkanlar qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan
edilməyib.
Yerli sakinlər sosial şəbəkələrdə zəlzələ anının görüntülərini paylaşıblar.