Yaponiyada baş verən güclü zəlzələdən sonra nüvə stansiyasında təhlükəli
vəziyyət yaranıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yaponiyanın qərbindəki İşikava prefekturasında baş verən güclü zəlzələdən
sonra Hokuriku atom elektrik stansiyasında suyun səviyyəsi normadan yuxarı
qalxıb.
Məlumata görə, stansiyanı xarici enerji ilə təmin edən transformatorun
borularının zədələnməsi səbəbindən neft sızması qeydə alınıb.
Zərərlərin aradan qaldırılması istiqamətində işlər davam edir.
Qeyd edək ki, yanvarın 1-də Yaponiyanın qərbində bir neçə güclü zəlzələ baş
verib.
Ümumilikdə, iki saat ərzində İşikava və Niiqata prefekturalarında 30-a yaxın
yeraltı təkan qeydə alınıb, ən güclü yeraltı təkanların maqnitudası 7,6 olub.
Son məlumatlara
nəfər ölüb, 339 nəfər xəsarət alıb. 80 nəfərin dağıntılar altında qaldığı
ehtimal edilir.
Mənbə: Anadolu