Yaponiyada güclü vulkan püskürməsi baş verib – VİDEO

Yaponiyada güclü vulkan püskürməsi baş verib – VİDEO

Baxış sayı: 8. 185 dəfə baxılıb.

Yaponiyanın Kirisima dağ silsiləsinə aid Simmoe vulkanının püskürməsi nəticəsində, səmaya 4,5 kilometr yüksəkliyə qədər toz və kül təbəqəsi qalxıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” Yapon KİV-ə istinadən məlumat yayıb.

Bu vulkanda aktivləşmənin qeydə alındığı vaxtdan bəri ən yüksək püskürmə hesab olunur. Ötən ilinin oktyabr ayından bəri vulkan zonasında üçüncü dərəcəli xəbərdarlıq elan olunub.

Vətəndaşların vulkanın yaxın çevrəsinə  yaxınlaşmasına qadağa qoyulub.  Yerli hökumət yaxınlıqda yerləşən yaşayış məntəqələrindən əhalini təxliyə etməsədə, girişin qadağan olunduğu radiusu 4 kilometrə qədər genişləndib.

Aktivliyin daha təhlükəli vəziyyət alacağı təqdirdə, kütləvi təxliyə işlərinə başlanacağı istisna edilmir.

.
www.ÇıxışYolu.Com