19a3c9d6-34c8-4810-9712-dd052675f178..jpg

Yaponiyada güclü zəlzələ baş verib

Baxış sayı: 759 dəfə baxılıb.

Yaponiyada güclü zəlzələ baş verib

Şənbə günü Yaponiyanın şimalında 6,1 bal gücündə zəlzələ baş verib.

Ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri
ən şimaldakı Hokkaydo adasında, episentri isə 6 km dərinlikdə yerləşib.

Dağıntılar və tələfatlar, sunami təhlükəsi barədə məlumat verilməyib.

Yeraltı təkanlar Hokkaydonun bütün şimal prefekturasında, həmçinin Yaponiyanın
əsas Honsü adasının şimal hissəsində hiss olunub.

Yaponiyanın baş naziri Fumio Kişidanın ofisinin nəzdində zəlzələ ilə bağlı
məlumatların toplanması və təhlili üçün böhran qərargahı işə başlayıb. Bu
bölgədə yerləşən Yaponiya atom elektrik stansiyalarında hər hansı fövqəladə
vəziyyət barədə məlumat verilməyib.

Mənbə: TASS

Source link