Yaponiyada yakudzanın keçmiş başçısı edam edildi

Baxış sayı: 2. 518 dəfə baxılıb.

Yaponiyada yakudzanın keçmiş başçısı edam edildi

Yaponiyada yakudza qanqsterlərinin keçmiş rəhbəri, 60 yaşlı Keydzo Okamoto və onun müşaviri, 67 yaşlı keçmiş maliyyəçi Xiroya Suemori saxlandıqları Osaka şəhər həbsxanasında edam edilib. 

ÇıxışYolu.Com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı NHK telekanalı məlumat verib.

Onlar 1988-ci ildə törətdikləri iki cinayətə görə ölüm hökmünə məhkum ediliblər. 

Edam Yaponiyanın ədliyyə naziri Takasi Yamasitanın əmri ilə həyata keçirilib. 

Bu, ölkənin baş naziri Sindzo Abenin hakimiyyəti dövründə 36-cı edam faktıdır. Cari ilin iyulunda “Aum Sinrikyo” ekstremist qruplaşmasının rəhbəri və 13 döyüşçüsü, eləcə də, yaradıcısı edam edilmişdi. 

www.ÇıxışYolu.Com