Yaponiyada zəlzələdə itkin düşənlər axtarılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Artıq dörd gündür ki zəlzələlər davam edən Yaponiyanın təbii fəlakət zonasında
ən azı 51 nəfər itkin düşüb.
Fövqəladə hallar, polis və ölkənin Özünümüdafiə Qüvvələrinin əsgərlərinin
iştirak etdiyi ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.
Son məlumatlara görə, Yeni il günü Yaponiyanın mərkəzində baş verən silsilə
güclü zəlzələlər nəticəsində ən azı 77 nəfər ölüb, 100-dən çox insan müxtəlif
dərəcəli xəsarətlər alıb. İşikava prefekturasında zəlzələlərin törətdiyi
çoxsaylı yanğınlar 200-dən çox yaşayış binasını, 250-dən çox bina isə yeraltı
təkanlar nəticəsində dağılıb. Eyni zamanda yerli hakimiyyət orqanları
xəbərdarlıq edir ki, dağıntıların faktiki miqyası daha böyük ola bilər, çünki
onlar hələ də qiymətləndirilməkdədir.
Qeyd edək ki, 30 mindən çox insan təxliyə mərkəzlərində qalmağa davam edir.
Zəlzələlər başlayandan sonra ilk günlərdə Yaponiyanın mərkəzi və qərbində 60
mindən çox sakin təxliyə olunmaq məcburiyyəti ilə üzləşib. 33 mindən çox ev
hələ də işıqsız qalıb, internet və mobil rabitədə fasilələr yaşanır. Bəzi
kəndlərdə su və yanacaqla bağlı problemlər davam edir.
Mənbə: TASS