8150233d-3a2d-41fd-a536-4a8a60171b76..jpg

Yaponiyalı “Selincer”, Nobel mükafatı laureatı Kenzaburo Oe vəfat edib – FOTO

Baxış sayı: 879 dəfə baxılıb.

Yaponiyalı “Selincer”, Nobel mükafatı laureatı Kenzaburo Oe vəfat edib – FOTO

Yaponiyalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kenzaburo Oe 88
yaşında vəfat edib.

O, 1994-cü ildə “poetik gücü ilə reallıq və mifin birləşdiyi xəyali bir dünya
yaradaraq bugünkü insan səfalətlərinin narahatedici mənzərəsini təqdim
etməsinə” görə Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülmüşdü. Nobel Komitəsi
onun əsas əsərləri kimi “1860-cı ilin futbolu”nu (“The Silent Cry”), “M/T və
Meşə möcüzələri haqqında hekayə”ni (“M/T and the Narrative About the Marvels of
the Forest”) və “Şirin keçmişə məktublar”ı (“Letters for Nostalgic Years”)
hesab edib.

Kenzaburo Oe 1958-ci ildə “Heyvandarlıq” (“Shiiku”) hekayəsinə görə
Yaponiyanın debütantlar üçün ən yüksək ədəbi mükafatı olan “Akutagava”
mükafatına layiq görülüb.

Yazıçı həyatını yapon gənclərinin özünüidentifikasiyası probleminin
öyrənilməsinə həsr edib. Məhz bu səbəbdən ədəbi dairələrdə o, “Yaponiyalı
Selincer” adını alıb (Cerom Selincer – amerikalı yazıçı, “Çovdarlıqda uçurumdan
qoruyan”/ “The Catcher in the Rye”, müəllifi – red.).

Kenzaburo Oe öz ədəbi üslubunu “qrotesk realizmi” kimi xarakterizə edib.

Yazıçı həmçinin ölkə konstitusiyasının doqquzuncu maddəsinə yenidən baxılması
cəhdlərinə qarşı çıxan “Maddə 9 Assosiasiyası”nın üzvü olub. Bu maddə
Yaponiyanın öz silahlı qüvvələrini saxlamaqdan imtina etməsini nəzərdə tutur və
pasifizmi dövlət siyasətinin əsası elan edir.

Mənbə: AFR

Source link