091a5f3e-7a23-4111-aedd-c064ce549a55.jpg

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar

Baxış sayı: 91 dəfə baxılıb.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə
qarşı əməliyyat həyata keçiriblər. Görülən tədbirlərlə 47 yaşlı Ceyhun Həsənov
və qohumu 27 yaşlı Hüseyn Cəfərov saxlanılıblar.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat
verilib.

Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə
etdikləri ümumilikdə 20 kiloqram marixuana və tiryək aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitələri maddi qazanc
qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib. Hər
iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Source link