Yardımlıda polis faciəli şəkildə həlak oldu

Yardımlıda polis faciəli şəkildə həlak oldu

Baxış sayı: 6. 910 dəfə baxılıb.

Yardımlı rayonunda polis zabiti xidməti ərazisində xidmətdə olarkən, bədbəxt hadisə nətincəsində dünyasını dəyişib.

ÇıxışYolu.Com-nun əldə etdiyi məlumata görə, hadisə ötən gün gecə saatlarında rayonun ən ucqar dağ kəndlərindən biri olan Osnəkəran kəndində baş verib. 

Rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant, 1988-ci il təvəllüdlü Şahin Nəsirov 10 AP 928 dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet” markalı avtomobil ilə xidməti ərazisində qəzaya uğrayıb. Onun idarə etdiyi xidməti avtomobil  idarəetməni itirərək dərəyə yuvarlanıb. 

Yol-nəqliyyat hadisəsinə səbəb kimi həmin yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir.

Nəticədə avtomobildə tək olan Şahin Nəsirov aldığı ağır xəsarətlərdən yerindəcə keçinib. 

Faktla bağlı araşdırma aparılır.

Yardımlıda polis faciəli şəkildə həlak oldu