b05c93d6-b11f-4d88-9382-45842c72968a..jpg

Yardımlıdan Bakıya külli miqdarda narkotik daşımaq istəyən şəxs saxlanılıb – FOTO

Baxış sayı: 838 dəfə baxılıb.

Yardımlıdan Bakıya külli miqdarda narkotik daşımaq istəyən şəxs saxlanılıb –
FOTO

Yardımlıdan Bakıya külli miqdarda narkotik vasitə daşımaq istəyən şəxs
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə,
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında
keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini, əvvəllər Cinayət
Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Novruz Həbibov idarə etdiyi
“Chevrolet” markalı avtomobillə Yardımlı rayonu ərazisində saxlanılıb.
Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 4 kiloqramdan
artıq marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalarla N.Həbibovun onlayn yolla İran vətəndaşından əldə etdiyi həmin
narkotik vasitəni satışının təşkil olunması üçün Bakı şəhəri ərazisinə
çatdırmalı olduğu müəyyən edilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Source link