Yarım milyon dələduzluqda təqsirləndirilən şəxsin əmlaklarına həbs qoyulacaq

Yarım milyon dələduzluqda təqsirləndirilən şəxsin əmlaklarına həbs qoyulacaq

Baxış sayı: 2. 808 dəfə baxılıb.

Yarım milyon dələduzluqda təqsirləndirilən şəxsin əmlaklarına həbs qoyulacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin qardaşı Məqsəd Babayev şahid qismində ifadə verib. 

O deyib ki, zərərçəkmiş şəxslərə vurulan ziyandan bir hissəsi ödənilib. Qardaşının əməllərindən xəbərsiz olduğunu deyən M.Babayev pulun iş qurmaq adı ilə alındığını bildirib:

“Zərərçəkmiş Valehə vurulan ziyandan 30 min manat Bəxtiyar tərəfindən ödənildi. Bu işdə biz də ona kömək etmişik, qardaşıma da demişəm ki, adamların pulunu qaytarmaq lazımdır”. 

Sonra zərərçəkmiş Valeh Əliyevin nümayəndəsi vəsatət qaldıraraq, təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoyulmasını və əmlakların dəyən zərərin ödənilməsi üçün müsadirə edilməsini istəyib. 

Hakim vəsatəti təmin edib və müşavirə otağında buna qiymət veriləcəyini deyib. 

Proses dekabrın 18-də davam etdiriləcək. 

İttihama görə, B.Babayev Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevin etibarından sui-istifadə edərək onların ümumilikdə 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. O, həmin şəxslərə iş qurmaq adı ilə vədlər verib. Lakin sonda B.Babayev vədinə əməl etməyib.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!