Ukraynada Ali Radanın deputatı Tatyana Çernovolun Fransa inqilabının rəmzi kimi yarımçılpaq görkəmdə əks olunduğu “RotFront” şəkil satışa çıxarılıb.
ÇıxışYolu.Com Ukrayna mətbuatına istinadla xəbər verir ki, Çernovol şəkildə həmkarı Sergey Paşinski və Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi Aleksandr Turçinovun əhatəsində təqdim edilib.
Xarkovdan olan və adı açıqlanmayan iş adamı auksionda şəkili 3,2 min dollara alıb. Qeyd edək ki, şəkilin start qiyməti 300 dollar təşkil edib.
Xatırladaq ki, Tatyana Çernovol Ukraynanın meydan hərəkatının fəal üzvlərindəndir.