Kürdəmirdə yaş yarımlıq uşaq həyətyanı sahədəki gölməçəyə düşərək ölüb.
ÇıxışYolu.Com bildirir ki, hadisə ötən gün rayonun Qarasu kəndində qeydə alınıb. Belə ki, yaş yarımlıq Allahverənov Allahverən Ehtiram oğlu oynayan zaman qəfildən ayağı sürüşərək həyətdə olan gölməçəyə düşüb. Uşaq suda boğularaq dünyasını dəyişib.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.