d96bfd22-117e-47b8-a70d-91f9cfaf0f38..jpg

Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb

Baxış sayı: 536 dəfə baxılıb.

Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs
saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat
məlumatı əsasında keçirilən növbəti tədbir nəticəsində əvvəllər məhkum olunmuş
1967-ci il təvəllüdlü Yevlax rayon sakini Şakir Şadmanov Yasamal rayonu
ərazisində saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun üzərinə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı
avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı
izahatı alınan Ş.Şadmanov avtomatı bir müddət əvvəl əldə etdiyini və satmaq
məqsədilə özündə saxladığını bildirib. Faktla bağlı 29-cu PŞ-də toplanan
materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq
Şöbəsinə göndərilib.

Source link