612cbda2-a67e-419e-a941-a74be9a85ed2.jpg

Yasamal rayonunda yanğın: İki nəfər hospitalizasiya edildi

Baxış sayı: 126 dəfə baxılıb.

Oktyabrın 31-də tüstüdən zəhərlənmə diaqnozu ilə iki nəfər şəxs (bir kişi, bir
qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib.

Bu barədə Cixisyolu.com-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB)
məlumat verilib.

Qeyd olunub ki, hər iki şəxsə zəruri tibbi xidmətlər göstərilib, ambulator
müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.

17:29

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış
binasında yanğın səbəbilə 12 nəfərə tüstüdən zəhərlənmə diaqnozu ilə yerində
tibbi yardım göstərilib.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə
Birliyindən (TƏBİB) bildirilib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə oktyabrın 31-də
saat 16:20-də Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli
yaşayış binasında yanğın səbəbilə çağırış daxil olub. Çağırış ünvanına dörd
təcili tibbi yardım briqadası cəlb olunub.

İlkin məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 12 nəfərə
tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib.

İki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin
Toksikologiya şöbəsinə təxliyə olunub”, – deyə cavabda qeyd olunub.

Aygün Mirakif

17:21

Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış
binasında baş vermiş yanğın söndürülüb.

Cixisyolu.com bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti
məlumat yayıb.

Qeyd olunub ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin
təxliyəsi həyata keçirilib.

Yasamal rayonunda yanğın: İki nəfər hospitalizasiya
edildi
Yasamal rayonunda yanğın: İki nəfər hospitalizasiya edildi

16:42

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat
yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Yasamal rayonu, Əsəd
Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin
məlumat daxil olub.

Məlumatla əlaqədar qurumun müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb
olunublar.

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Source link